Fransada Livana dəstək konfransı keçiriləcək

   Fransada Livana dəstək konfransı keçiriləcək
  14 Oktyabr 2024    Oxunub:350
24 oktyabrda Fransanın paytaxtı Parisdə Livan Xalqına və Suverenliyinə Dəstək Beynəlxalq Konfransı baş tutacaq.
Bu barədə Fransanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Konfransda Livana müttəfiq ölkələrlə yanaşı Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, habelə beynəlxalq, regional və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı gözlənilir.

"Konfransın keçirilməsində məqsəd beynəlxalq ictimaiyyəti Livan xalqının müdafiəsi naminə toplamaq, onun yardım çağırışlarına cavab vermək və ölkənin daxili sabitliyinə dəstək göstərməkdir. Livanda yeni prezidentin seçilməsi (ölkədə bu post 2022-ci ilin oktyabrından bəri boş qalıb - red.) siyasi institutların yenidən fəaliyyətə başlaması yolunda ilk addımdır. Bu istiqamətdə səyləri dəstəkləyirik", - bəyanatda vurğulanır.
"Hizbullah" İsrailin donanma bazasına zərbə endirib

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fransa   Livan   konfrans  





Xəbər lenti