Naxçıvanda Yaşıl enerji Könüllüləri yaradılıb
Layihənin əsas məqsədi Naxçıvanda yaşıl enerjinin imkanlarını və faydalarını geniş kütləyə çatdırmaq, xüsusilə də gənclər arasında ətraf mühitin qorunması ilə bağlı maarifləndirmə işlərini gücləndirməkdir. Könüllülər qrupu bərpaolunan enerji texnologiyalarının tətbiqində, yaşıl enerji sahəsində təlim və infosessiyalar keçirməkdə aktiv rol oynayacaq. Həmçinin könüllülər tərəfindən startup layihələr də təqdim olunacaq. Layihənin tərkib hissəsi olaraq, könüllülər seminarlar, təlimlər və ictimai tədbirlər təşkil edəcəklər. Könüllülər həm də əhalini enerjiyə qənaətə və bərpaolunan enerji mənbələrindən istifadəyə təşviq edəcəklər. Layihənin ilk mərhələsində könüllü qrupu formalaşdırılaraq təlimə cəlb olunacaq.
Könüllülər üçün ingilis dilində kurslar da təşkil ediləcək. Gələcəkdə könüllülərin sayının artırılması planlaşdırılır.
AzVision.az
Teqlər: