Bakıda Macarıstanın Milli Günü münasibətilə tədbir keçirilib

Bakıda Macarıstanın Milli Günü münasibətilə tədbir keçirilib
  14 Oktyabr 2024    Oxunub:1173
Macarıstanın Milli Günü - 1956-cı il İnqilabının 68-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

xəbər verir ki, qəbulda Macarıstanın Azərbaycandakı Səfiri Tamaş Torma çıxışında ölkəsinin keçdiyi azadlıq yolundan söz açıb. O, 23 oktyabrın hər il macarların azadlıq günü kimi qeyd edildiyini vurğulayıb.

“Son otuz ildən artıq bir müddətdə Macarıstan və Azərbaycan arasında münasibətlər çox güclü emosional əlaqələrə, qarşılıqlı hörmət və anlaşmaya, beynəlxalq hüquq prinsiplərinə möhkəm əsaslanıb. Bunun təbii nəticəsi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə dəstək olub. İkitərəfli əməkdaşlıq çox böyük sürətlə inkişaf edib. İki dövlət arasında münasibətlər getdikcə daha çox nəzərəçarpacaq nəticələr əldə etməklə genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Macarıstan şirkətinin iştirakı ilə işğaldan azad edilmiş Soltanlı qəsəbəsinin yenidən qurulması davam edir.”, - səfir bildirib.

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Macarıstanın Milli Günü münasibətilə macar xalqını təbrik edib. S.Babayev bildirib ki, Azərbaycan ilə Macarıstan arasında indiyədək imzalanmış 60-dan çox sənəd ikitərəfli əməkdaşlıq üçün möhkəm hüquqi baza təşkil edir:

“Ölkələrimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, qlobal və regional məsələlərdə oxşar mövqelərə malikdir. Azərbaycan və Macarıstan arasında ənənəvi enerji və yaşıl enerji sahəsində əməkdaşlıq və tərəfdaşlıq yeni mərhələyə qədəm qoyub”, - deyə nazir qeyd edib.

Nazir, həmçinin bildirib ki, bundan başqa, Azərbaycanla Macarıstanı nəqliyyat, turizm, əczaçılıq, əmək və sosial müdafiə, təhsil və mədəniyyət kimi sahələrdə uğurlu əməkdaşlıq birləşdirir:

“ Hökumətlərarası Komissiyanın fəaliyyəti əlaqələrimizin inkişafında mühüm rol oynayır. Bu günə kimi Komissiyanın 10 iclası keçirilib, 11-ci sessiyanın gələn il Budapeştdə keçirilməsi planlaşdırılır. Bu gün Macarıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və tikinti işlərində fəal iştirak edir”.

AzVision.az






Teqlər:





Xəbər lenti