İsrail ordusu “Hizbullah”ın 200-dən çox mövqeyini vurub

İsrail ordusu “Hizbullah”ın 200-dən çox mövqeyini vurub
  15 Oktyabr 2024    Oxunub:899
İsrail hərbçiləri son 24 saat ərzində Livanda "Hizbullah"ın 200-dən çox mövqe və atəş nəqtəsini bombalayıblar.
Bu barədə İsrail ordusunun (TSAXAL) mətbuat xidməti məlumat yayıb.

"Hizbullah" İsrailin donanma bazasına zərbə endirib
“Son sutka ərzində Hərbi Hava Qüvvələri quru qoşunları ilə koordinasiyalı şəkildə Livanın cənubunda və ölkə ərazisinin dərinliklərində “Hizbullah” terror təşkilatının 200-dən çox hədəfinə, o cümlədən terrorçuların hücrələrinə, tank əleyhinə raket sistemlərinə, həmçinin raket buraxılış qurğularına zərbələr endirib. Raketlər yer-yer tipli olub”, - bəyanatda bildirilir.

O da vurğulanıb ki, İsrail əsgərləri onlarla terrorçunu məhv edib. Əməliyyatlar zamanı “Hizbullah”ın terror infrastrukturu darmadağın olub, həmçinin külli miqdarda silah-sursat aşkarlanıb.

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Livan   Hizbullah  





Xəbər lenti