BMT Livana 15 min sülhməramlı yerləşdirə bilər

   BMT Livana    15  min sülhməramlı    yerləşdirə bilər
  15 Oktyabr 2024    Oxunub:1009
İsrail rəhbərliyi Livanın "Hizbullah" hərəkatı ilə sülhə dair razılığa gəlmək üçün bir sıra şərtlər irəli sürə bilər. Rəsmi Təl-Əviv həmçinin Livandakı sülhməramlıların- BMT Müvəqqəti Qüvvələrinin sayının 10 mindən 15 min nəfərə çatdırılmasını tələb edəcək.
Bu fikirlər “The Jerusalem Post” qəzetində dərc olunan məqalədəndir. Nəşr İsrail təhlükəsizlik orqanlarındakı mənbələrinə istinad edib.

İsrail ordusu “Hizbullah”ın 200-dən çox mövqeyini vurub
Rəsmilərin fikrincə, İsrail rəhbərliyi bəzi ölkələrin terrorçu təşkilat kimi tanıdığı şiə hərəkatına məxsus qüvvələrinin Livanın sərhəd rayonlarını tərk etməsində israr edəcək: "Bundan əlavə, yəhudilər BMT sülhməramlılarının "Hizbullah"a qarşı daha aqressiv hərəkət qaydalarını tətbiq etməsini tələb edə bilər. Həmçinin, İsrailin şərtlərindən digəri təşkilatın Livanın cənubundakı fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatları toplamaq üçün rəsmi icazənin verilməsi də bilər".

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb.

Tural Tağıyev

AzVision.az



Teqlər:   İsrail   Livan  





Xəbər lenti