Maduro: "Mask məni devirmək üçün 1 milyard dollar xərcləyib"

      Maduro:    "Mask məni devirmək üçün 1 milyard dollar xərcləyib"
  15 Oktyabr 2024    Oxunub:379
"Amerikalı biznesmen Elon Mask bu ilin iyulunda keçirilən seçkilərdən sonra Venesuelada dövlət çevrilişini maliyyələşdirmək üçün ən azı 1 milyard dollar xərcləyib".
Bunu "Venezolana de Television"un efirində çıxış edən ölkə prezidenti Nikolas Maduro deyib.

Venesuela liderinin sözlərinə görə, ayrılan vəsaiti müxalifət liderlərindən olan Mariya Korina Maçado həmkarları arasında bölüşdürüb. Prezident iddia edib ki, Maçado öz növbəsində terror qruplarının maliyyələşdirilməsi ilə də məşğul olub. Lakin çevriliş planı iflasa uğradı.
"Maskın planı uğursuz oldu, o məğlubiyyətə uğradı!", - Venesuela prezidenti qeyd edib.

WSJ: “Mask gizli şəkildə respublikaçıları maliyyələşdirib”
Maduro onu da əlavə edib ki, çevriliş cəhdinin arxasında Şimali Amerika imperiyasının daimi sui-qəsdçisi sayılan ABŞ hökuməti dayanıb.

Xatırladaq ki, Maduro avqustda "X"-in Venesuelada dəfələrlə qanunu pozduğunu və buna görə də. məlum sosial şəbəkənin fəaliyyətinin dayandırılacağını bəyan etmişdi. Dövlət başçısı bu saytın nifrət, faşizm, vətəndaş müharibəsi, venesuelalılar arasında qarşıdurma qızışdırdığını, həmçinin Venesuelanın bütün qanunlarını pozduğunu vurğulayıb.

On gün öncə “The Wall Street Journal" (WSJ) Maskın adını digər bir siyasi qalmaqalla bağlı hallandırmışdı. Nəşr yazıb ki, amerikalı milyarder hələ öz dəstək fondunun açıldığını elan etməmişdən əvvəl gizli şəkildə Respublikaçılar partiyasına on milyonlarla dollar ianə köçürüb: "2024-cü ildə sürətli siyasi transformasiyaya məruz qalan sahibkar respublikaçıların işlərinin və namizədlərinin maliyyələşdirilməsində əhəmiyyətli qüvvəyə çevrilib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Venesuela   Mask   Çevriliş  





Xəbər lenti