Prokuror gömrükçülərə bəraət verilməsinə etiraz edib

   Prokuror gömrükçülərə bəraət verilməsinə etiraz edib
  15 Oktyabr 2024    Oxunub:328
Sabiq gömrük əməkdaşları barəsində hökmlərdən kassasiya protestləri verilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin sabiq əməkdaşı Orxan Zöhrabova Cinayət Məcəlləsinin 32.5,308.2 və 32.5,311.3.2-ci maddələri (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və təkrar rüşvət almada köməkçi) ilə təqsirləndirildiyi cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi sentyabrın 29-da bəraət hökmü çıxarıb.

Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun sabiq əməkdaşı Mirağa Ağayevin isə həmin Məcəllənin 308.2 və 311.3.1-ci maddələri ilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli bəraət hökmü isə dəyişdirilmədən saxlanılıb. Bununla bağlı oktyabrın 8-də dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti