Bakı metrosunda qatarların hərəkətində 11 dəqiqə yubanma olub

Bakı metrosunda qatarların hərəkətində 11 dəqiqə yubanma olub
  15 Oktyabr 2024    Oxunub:327
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarı "28 May" stansiyasında olarkən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.
AzVision.az Baku Tv-ə istinadən xəbər verir ki, metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb:

"Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var".- deyə qurumdan bildirilib.

AzVision.az




Teqlər:





Xəbər lenti