Keçmiş məhkum narkotiklə tutuldu

Keçmiş məhkum narkotiklə tutuldu
  16 Oktyabr 2024    Oxunub:416
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Zamiq Mirzəyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, ondan narkotik vasitə marixuana, eləcə də 678 ədəd psixotrop tərkibli həb aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti