"İran regionda sülh və təhlükəsizliyi qorumaq üçün hər cür səy göstərməklə yanaşı istənilən avantüralara qarşı qəti və ağır cavab verməyə də hazırdır", - nazir vurğulayıb.
Yeri gəlmişkən, Əraqçi Yaxın Şərqdə artan gərginlik üzrə danışıqlar aparmaq məqsədilə Yaxın Şərqin bir sıra ölkəsində dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirib. O həmçinin fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında oxşar fikirlər səsləndirib, habelə İsrailin Livanda quru əməliyyatının dayandırılmasının vacibliyini diqqətə çatdırıb.
Fransada Livana dəstək konfransı keçiriləcək |
Xatırladaq ki, ötən ilin oktyabrında başlayan İsrail və Livan "Hizbullah"ı arasında son aylarda gərginlik artıb. İsrail Silahlı Qüvvələri Livana qurudan əməliyyata başlayıb. Digər tərəfdən, "Hizbullah" terror təşkilatının himayədarı İran bu münaqişəyə cavabən İsrailə raket hücumu həyata keçirib. Hazırda İsrailin İrana qarşı gözlənilən cavab zərbəsi fonunda vəziyyət gərgin qalmaqdadır.
Firudin Həmidli
AzVision.az