Bu il TƏBİB-ə edilən şikayətlərin sayı açıqlandı

Bu il TƏBİB-ə edilən şikayətlərin sayı açıqlandı
  17 Oktyabr 2024    Oxunub:331
“2024-cü ilin 9 ayı ərzində TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə isə təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı daxil olan müraciətlərin sayı 2788 təşkil edib. Müraciətlərdən 2539-u şikayət xarakterli, 247-si sorğu xarakterli, 2-si isə təklif xarakterli olub”.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə deyib.

“Avqust və sentyabr aylarında daxil olan şikayətlərlə bağlı statistikanın müqayisəsinə baxdıqda görürük ki, şikayət sayında əsaslı dərəcədə azalma müşahidə edilməkdədir. Belə ki, avqust ayında şikayətlərin sayı 346 idisə, sentyabr ayında bu rəqəm 248 olub".

Həmidə İbrahimqızı
AzVision.az



Teqlər:





Xəbər lenti