TƏBİB-in tabeliyində iki tibbi helikopter var

 TƏBİB-in tabeliyində iki tibbi helikopter var
  17 Oktyabr 2024    Oxunub:370
“Hazırda TƏBİB-in tabeliyində iki tibbi helikopter var və hava limanındadır”.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə deyib.

Onun sözlərinə görə, hələki bu xidmətdən istifadə etmək üçün müraciət daxil olmayıb:

“Amma dağlıq ərazilərdən yaralıların təxliyyəsi üçün helikopterlərdən istifadə etməyi düşünürük. Ehtiyac olduğu halda hər an onlardan istifadə olunur”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti