Xətai rayonunda sürüşmə baş verib

 Xətai rayonunda sürüşmə baş verib
  17 Oktyabr 2024    Oxunub:387
Xətai rayonu ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir.
Bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib. Onun sözlərinə görə, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.

O qeyd edib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti