Hindistanda Azərbaycanın turizm imkanları tanıdılıb

Hindistanda Azərbaycanın turizm imkanları tanıdılıb
  17 Oktyabr 2024    Oxunub:634
Hindistanın Mumbay şəhərində keçirilmiş “WeddingSutra” tədbirində toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələrinə Azərbaycanda bu istiqamətdə mövcud olan imkanlar tanıdılıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Azərbaycan Turizm Bürosu ilə yanaşı, tədbirdə ölkəmizi "Azərbaycan Hava Yolları" QSC (AZAL), “Şahdağ Turizm Mərkəzi" QSC, “Dreamland” Qolf Klubu, “Sea Breeze Resort” və Abşeron Hotel Qrupun nümayəndələri təmsil ediblər.



Azərbaycanın Hindistan bazarı üçün toy turizmi destinasiyası kimi tanıdılması və qlobal tərəfdaşlıq əlaqələrinin genişlənməsi məqsədilə tədbirdə Azərbaycan haqqında təqdimat nümayiş etdirilib və müxtəlif turizm məhsulları haqqında məlumat verilib.





AzVision.az



Teqlər:





Xəbər lenti