COP29: Müxtəlif ölkələrdən 400 gənc Bakıya gələcək

      COP29:    Müxtəlif ölkələrdən 400 gənc Bakıya gələcək
  19 Oktyabr 2024    Oxunub:387
COP29 konfransında gənclərin rolu və inkişafı inklüziv və maksimum olacaq.
Bu barədə “Uniform Distribution and Accreditation Center”in (UDAC) açılış mərasimində COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Gənclər Konfransı (COY19) üçün dünyanın müxtəlif ölkələrindən 400 gənc Bakıya gələcək.:

"Həm bu konfransda və COP29-dan öncə baş tutacaq Gənclər Konfransı (COY19) üçün dünyanın müxtəlif ölkələrindən 400 gənc Bakıya gələcək. İqlim fəaliyyəti, çətinlikləri və həlli barədə müzakirələr aparılacaq. Sonra da gənclər konfransının qərarı COP29 sədrliyinə təqdim ediləcək".

AzVision.az


Teqlər:





Xəbər lenti