Azərbaycana xaricdən uçuşların sayı artıb

Azərbaycana xaricdən uçuşların sayı artıb
  19 Oktyabr 2024    Oxunub:322
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 40 ölkədən 20 345 aviareys təşkil olunub.
Dövlət Turizm Agentliyinin AzVision.az -a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,6%) və 3 532 aviareys (21%) çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 5 958 reys. Bu da 1 il əvvələ nisbətən 14,9% çoxdur.

9 ayda Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 4 482 uçuş olub ki, bu da illik müqayisədə 3,9% çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 2 362 reyslə (+35,4%) daxil olub.

10-luğa həmçinin Gürcüstan 1 528 (+30,4%), Qazaxıstan 659 ( +8,3%), Səudiyyə Ərəbistanı 655 (- 9,6%), Hindistan 493 ( +4,6 dəfə), Qətər 444 (61,4% çox), İsrail 331 (+ 21,2%), və Küveyt 330 (+ 20,8% ) daxildir.

İndiyə qədər ilk 10-luqda olan Özbəkistan (325 aviareys, -30 %) 11-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.

Təkcə sentyabrda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 14,9 %artaraq 2 399 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 732 uçuş olub ki, bu da illik müqayisədə 14,3% çoxdur.

AzVision.az


Teqlər: hava-nəqliyyatı  





Xəbər lenti