Ağalı kəndinə köçənlərdən 300-dən çoxu işlə təmin edilib

Ağalı kəndinə köçənlərdən 300-dən çoxu işlə təmin edilib
  20 Oktyabr 2024    Oxunub:531
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərin məşğulluğunun təminatı istiqamətində ardıcıl işlər aparır.

Qeyd olunub ki, artıq 313 sakinin məşğulluğu təmin edilib. Habelə Ağalı sakinlərindən 26 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub, 36 sakin isə peşə hazırlığı kurslarına cəlb edilib.

2022-ci ilin may ayında Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi də açılıb və hazırda məntəqədə operator işi ilə təmin edilərək DOST xidməti göstərən şəxs də elə Ağalı kəndinin sakinidir.

AzVision.az


Teqlər:





Xəbər lenti