Berbok Livana gedib

   Berbok Livana gedib
  23 Oktyabr 2024    Oxunub:932
Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrail və "Hizbullah" arasında artan münaqişənin həlli çərçivəsində danışıqlar məqsədilə Livanın paytaxtı Beyruta yollanıb.
Bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İndi əsas məsələ həm İsrailin, həm də Livanın qanuni təhlükəsizlik maraqlarını qoruyan etibarlı diplomatik həll yolu tapmaqdır. ABŞ, Avropa və ərəb dünyasındakı tərəfdaşlarımız bu məqsədlə birgə işləməlidirlər. Livan artıq dağılmaq ərəfəsindədir. Bu ölkədə sabitliyin tamamilə pozulması bütün region üçün böyük təhlükədir", - bəyanatda xanım nazirdən sitat gətirilir.

Annalena Berbok həmçinin münaqişə tərəflərini Beynəlxalq Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) təhlükəsizliyinə zəmanət verməyə çağırıb.

"BMT sülhməramlılarına istənilən qəsdən hücum beynəlxalq humanitar hüququ pozur", - xanım nazir bildirib.
İsrail hərbçiləri BMT qüvvələrinə atəş açıblar

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb. Bu əməliyyat zamanı okyabrın 10-da İsrail hərbçiləri Livanın cənubunda yerləşən 3 UNIFIL obyektini atəşə tutmuşdular.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Livan   Yaxın-Şərq   danışıqlar  





Xəbər lenti