Zamirə Ədilova: "TƏBİB-ə daxil olan şikayətlərin sayı azalıb"

 Zamirə Ədilova:  "TƏBİB-ə daxil olan şikayətlərin sayı azalıb"
  25 Oktyabr 2024    Oxunub:1243
"Cari ilin 9 ayı ərzində TƏBİB-ə təqribən 20 min vətəndaş müraciəti daxil olub".
AzVision.az xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova oktyabrın 25 də TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına (Xəstəxana) təşkil olunmuş mediatur zamanı deyib.

"Əhalinin tibbi xidmətlərə əlçatanlığı, eyni zamanda, tibb müəssisələrinin lazımi avadanlıq və cihazlara tələbatı tam təmin olunub. Bu da vətəndaş məmnunluğu ilə nəticələnir. 9 ay ərzində TƏBİB-ə daxil olan vətəndaş müraciətlərinin sayı təqribən 20 mindir. Müraciətlər arasında şikayətlərin həcmi nəzərə çarpacaq dərəcədə azalıb (47%). Şikayət olunan məsələlərin, çatışmazlıqların aradan qaldırılması üzrə mütəmadi işlər aparılır. Digər müraciətlər isə ərizələr, təkliflər, həmçinin işəgötürmə ilə əlaqədar müraciətlərdir", - o bildirib.

Zamirə Ədilova həmçinin tibb müəssisələrinə tez-tez mediaturların təşkil olunduğunu diqqətə çatdırıb:

"TƏBİB-in 2024-2026-cı illər üzrə kommunikasiya strategiyasına uyğun olaraq, ictimaiyyətin Bakıda və regionlarda yerləşən xəstəxana və tibb müəssisələrindəki yeniliklər və əldə olunan nəticərlə tanışlığı məqsədilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin səfərləri təşkil olunur. Həmin səfərlərdən biri cari ildə istifadəyə verilən Qəbələ Rayon Mərkəzi Xəstəxanasınadır. Hazırda bu xəstəxanada bir çox yenilik qeydə alınır. Eyni zamanda, vətəndaşların müraciətlərində artım müşahidə olunur", - o bildirib.



Səbinə Həsənova
AzVision.az


Teqlər: TƏBİB   Qəbələ   mediatur  





Xəbər lenti