Putin yeni müqavilə bağlanmasını təklif edir

   Putin    yeni müqavilə    bağlanmasını təklif edir
  26 Oktyabr 2024    Oxunub:1110
Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlini davam etdirmək üçün yeni müqavilə bağlanmalıdır.
AzVision.az xəbər verir ki, belə təkliflə çıxış edən Rusiya prezidenti Vladimir Putinin fikrincə, bu, təkcə qaz nəqlinin saxlanması üçün deyil, həm də Ukraynanın da qoşulduğu Avropa enerji qanunvericiliyinin tələblərinə əsasən lazımdır. Onun sözlərinə görə, qazın nəqli üçün lazımi ehtiyatların toplanmasaına iyulda başlanmalı idi, lakin bu baş vermədi.

“Qaz tədarükünün davam etdirilməsi üçün yeni müqavilə, eləcə də nəqliyyat imkanlarının əvvəlcədən sifariş edilməsi lazımdır. Rusiya Avropa istehlakçılarına qaz tədarükündən imtina etmir və bir neçə alternativ marşrut təklif edir. Ukrayna ərazisindən keçən mövcud marşrutlardan biri üzrə tədarüklər məhduddur: “Soxranovka” məntəqəsi Ukrayna tərəfindən bağlanıb və qazın nəqli yalnız Sudjadakı stansiya vasitəsilə mümkündür. Biz Sudja vasitəsilə qaz nəqlini davam etdiririk, lakin tranzit müqaviləsi bu ilin dekabrında başa çatır”, - Rusiya prezidenti Vladimir Putin vurğulayıb.

Xatırladaq ki, kollektiv Qərbin Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalar rejimi nəticəsində Rusiya qazının Avropa İttifaqına (Aİ) satışı kəskin şəkildə azalıb. Bununla belə, Rusiya qazından asılı əhəmiyyətli dərəcədə asılı olan Aİ ölkələri - Avstriya, Macarıstan və Slovakiya onun alışından imtina etmək fikrində deyillər.

Avropaya qaz tədarükü ilə bağlı Kiyev Bakıya yeni təklif verib
Lakin rəsmi Kiyev Rusiya qazının Ukrayna ərazisindən keçməklə Aİ-yə nəqlini təmin edən yeganə marşrutun da fəaliyyətinə xitam verəcəyini bəyan edib. Belə ki, həmin müqavilənin müddəti bu ilin sonunda bitir. Eyni zamanda, bir müddət əvvəl Ukrayna tərəfi Azərbaycan qazının öz ərazisindən keçməklə Avropaya nəqli barədə Bakıya təklif verdiyini açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   qaz  





Xəbər lenti