Metroda yubanma yaranıb

Metroda yubanma yaranıb
  28 Oktyabr 2024    Oxunub:345
“Bakı Metropoliteni” QSC-nin “Azadlıq prospekti” stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.
QSC-dən bildirilib ki, maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz “Memar Əcəmi” stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə, “28 May” stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Vaqon qapılarında problem olmadığından, qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti