“Bağırov” körpüsündə subasma təhlükəsi aradan qaldırılıb

“Bağırov” körpüsündə subasma təhlükəsi aradan qaldırılıb
  28 Oktyabr 2024    Oxunub:289
Bu gün səhər saatlarından etibarən aidiyyəti qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib. Məlumata görə, paytaxtda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.

AzVision.az


Teqlər:





Xəbər lenti