Yük qatarında gizlənərək sərhədi keçmək istədi - FOTO

   Yük qatarında gizlənərək sərhədi keçmək istədi -    FOTO
  28 Oktyabr 2024    Oxunub:273
Dövlət sərhədindən qanunsuz keçmə cəhdinin qarşısı alınıb.
Bu barədə AzVision.az -a DSX-nin Mətbuat Mərləzindən məlumat verilib. Bildirilib ki, oktyabr ayının 26-da saat 04:35-də Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərib.

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Lumanov Tamindar Ənvəroviç saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti