Azərbaycanın gübrə ixracından gəliri açıqlanıb

Azərbaycanın gübrə ixracından gəliri açıqlanıb
  28 Oktyabr 2024    Oxunub:277
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac edilən azot gübrəsinin həcmi məlum olub.
Bu barədə AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Belə ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan 89,9 milyon dollar dəyərində 408 662 ton azot gübrəsi ixrac edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 78,3% (və ya 39,5 milyon ABŞ dolları) və ya 209 954 ton (və ya 105%) çoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 50, 4 milyon milyon dollar dəyərində 198 708 ton azot gübrəsi ixrac edib.

AzVision.az



Teqlər:





Xəbər lenti