Hərbi Prokurorluq: Özünü öldürmə hadisələri 80 faiz azalıb

      Hərbi Prokurorluq:    Özünü öldürmə hadisələri 80 faiz azalıb
  29 Oktyabr 2024    Oxunub:530
Azərbaycanın Hərbi Prokurorluq orqanlarında 2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 80 faiz azalıb
Bunu Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsində deyib.

X.Vəliyev vurğulayıb ki, 2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumən qeydə alınmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti