Polşa-Ukrayna münasibətlərində inciklik notları sezilir

   Polşa-Ukrayna münasibətlərində    inciklik    notları  sezilir
  29 Oktyabr 2024    Oxunub:942
Ukrayna artıq Rusiya ilə müharibədə Polşanı özünün əsas tərəfdaşlarından biri hesab etmir. Çünki Varşava artıq Kiyevə əvvəllər verdiyi hərbi yardımı göstərə bilməyəcək.
AzVision.az xəbər verir ki, Polşanın prezidenti Ancey Duda “Radio Zet” radiostansiyasına müsahibəsində Kiyev-Varşava münasibətlərinin müəyyən mənada belə görünə biləcəyini deyib.

Polşa prezidenti ukraynalı həmkarı Vladimir Zelenskinin qəbul etdiyi qərarlara təzyiqi altında olduğu əsas müttəfiqlərinin əhəmiyyətli dərəcədə təsir göstərdiyini bildirib. Siyasətçinin fikrincə, Varşava bunu nəzərə almalıdır, çünki “həyat qəddardır”.

Volın qətliamının qurbanlarının eksqumasiyası məsələsinə toxunan jurnalsit, ukraynalıların “bu məsələdə barmaqlarını belə ağdan qaraya vurmadıqları halda, Vehrmaxt əsgərlərinin eksqumasiyasına icazə verdiklərinə” diqqət çəkərək, Polşa prezidentindən belə yanaşmannı nə dərəcədə ədalətli olması ilə maraqlanıb.

- Mən belə deyərdim. Hə, ədalətlidir. Təbii ki, ədalət məsələsi siyasətdə önəmli olmalıdır, amma siyasət, təəssüf ki, hər şeydən əvvəl siyasətdir. Xatırlayaq ki, bu gün Ukrayna Almaniyaya getdikcə daha çox yaxınlaşır. Əslində, II Dünya Müharibəsi bitəndən bəri onlar həmişə çox yaxın olublar. Çünki o qədər ukraynalı İkinci Dünya Müharibəsindən sonra Sovet Ukraynasından qaçıb Almaniyaya sığınıb məskunlaşıb ki. Beləliklə də, bu münasibətlər həmişə möhkəm olub”, - Ancey Duda qeyd edib.

Onun sözlərinə görə, Almaniya hazırda Ukraynada öz təsirini genişləndirir, çünki o, həm iqtisadi, həm də maliyyə baxımından Polşadan güclüdür.

“Görünür, çətin anlarda Ukrayna hakimiyyəti belə bir tərəfdaşla dostluğun daha yaxşı olduğuna inanır. Bununla belə, başa düşmək lazımdır ki, Volın qırğını məsələsi Ukrayna üçün çox narahatedici, Vermaxt əsgərlərinin eksqumasiyası məsələsi isə neytral mövzudur”, - Polşa prezidenti bu məsələdə Kiyevdən incikliyini gizlətməyib.

Ancey Duda Volın qırğını məsələsində Varşavanın son 2,5 ildə Ukraynaya münasibətdə siyasətinin uğursuz olub-olmadığı sualının dəfələrlə müzakirə edildiyini söyləyib.

- Bu, böyük sualdır, təbii ki, o, dəfələrlə qaldırılıb və mənə qarşı irəli sürülən ittihamdan da xəbərim var. Ukraynalılara demək lazım idi: bəli, bizdən nəsə alacaqsınız, bir şərtlə ki, bunu etiraf edəcəksiniz, diz çökəcəksiniz, üzr istəyəcəksiniz və s. Təbii ki, o vaxt Rusiyanın hələ boğazına bıçaq sancmadığı Ukraynanı şantaj etmək mümkün idi. Bəli, bu mümkün idi. Onda, lütfən, bunu etmək üçün başqa siyasətçi tapın, çünki mən belə işləmirəm”, - Polşa prezidenti özünün şantaj metodlarından istifadə etmədiyinə eyham vurub.

Duda, həmçinin bildirib ki, Varşavanın siyasətinin məqsədlərindən biri Ukraynanın NATO-ya və Aİ-yə daxil olmasıdır. Onun sözlərinə görə, söhbət Ukraynadan və müharibənin necə bitməsindən gedirsə, Ukraynanın iştirakı olmadan görüşlər keçirilə bilməz. Bunun üçün isə ilk növbədə Rusiya Ukrayna ərazisindən sıxışdırılıb çıxarılmalıdır.

“Yəni, Rusiyanı, sadəcə, sıxışdırıb çıxarmaq lazımdır, Ukraynada bütün işğal olunmuş torpaqları tərk etmək lazımdır. Çünki bu, beynəlxalq asayişin bərpası və beynəlxalq hüququn üstünlüyü deməkdir. Mən prezidenti düzgün başa düşürəmmi? Ukraynanın bütün beynəlxalq səviyyədə tanınan əraziləri üzərində nəzarəti bərpa etməsi üçün. Bu mənim birinci tələbimdir. İkincisi isə, Ukrayna NATO-ya üzv olmaq üçün rəsmi dəvət alsın, həm də, Ukraynanın Avropa Birliyinə qəbulu davam etsin”, - Ancey Duda Ukraynanın gələcəyinin Avro-Atlanatik məkanla sıx bağlı olduğuna əminliyini bildirib.

Duda: “Ukrayna qələbə üçün lazım olan hər şeyi almalıdır”
Qeyd edək ki, Polşa prezidentinin Kiyevin siyasətindən müəyyən mənada incidiyini bildirnməsinə baxmayaraq, o, qələbə üçün Ukraynaya bütün zəruri resursların və yardımın verilməsinin vacibliyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Polşa   Ukrayna   inciklik  





Xəbər lenti