İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur

   İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur
  30 Oktyabr 2024    Oxunub:902
Hazırda olan məlumata əsasən, İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, oradakı səfirliyimizə hər hansı müraciət daxil olmayıb.

Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan yağışları daşqınlara səbəb olub.

Təbii fəlakət nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.

Daşqınlar nəticəsində azı 72 nəfər həlak olub.

AzVision.az



Teqlər:





Xəbər lenti