Kazanda turist vergisi tətbiq olunacaq

Kazanda turist vergisi tətbiq olunacaq
  31 Oktyabr 2024    Oxunub:823
2025-ci ildən Kazanda yeni turist vergisi tətbiq ediləcək.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Kazan meriyası məlumat yayıb.

2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək verginin miqdarı 1% təşkil edəcək və tədricən artacaq. Bildirilib ki, minimum vergi, qanuna görə, bir gecə qalmaq üçün 100 rubl olacaq.

“Turizm vergisi haqqında” qərar layihəsi Kazan Şəhər Dumasının sessiyasının müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Rusiya Federasiyası turist vergisini tətbiq edən qanun qəbul edib. Bundan əlavə 2025-ci ildən Rusiyanın Novosibirsk şəhərində də turist vergisi tətbiq ediləcək.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Kazan   turistvergisi  





Xəbər lenti