Axtarışda olan 5 nəfər Rusiyadan ekstradisiya edilib

Axtarışda olan 5 nəfər Rusiyadan ekstradisiya edilib
  31 Oktyabr 2024    Oxunub:721
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Ədilov Qədim Ədil oğlunun, İsrafilov İlqar Etibar oğlunun, Qəribov Namiq Ağaxan oğlunun, Hüseynov Mahir Zahir oğlunun və Abbasov Vahid Edilman oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti