Livandan İsrailə 30 raket atılıb

 Livandan İsrailə  30 raket  atılıb
  31 Oktyabr 2024    Oxunub:764
İsrailin şimal bölgələri Livan ərazisindən yenidən atəşə məruz qalıb. Bu barədə İsrail ordusunun (TSAXAL) mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, raket təhlükəsi ilə əlaqədar Mərkəzi, Yuxarı və Qərbi Qalileyanın bir çox bölgələrində həyəcan siqnalları səsləndirilib. Ümumilikdə hərbçilər Livandan təxminən 30 raket buraxılışını qeydə alıblar.

"Hizbullah"ın kəşfiyyat xidmətinə yeni rəhbər təyin olunub
"Mərmilər protokola uyğun olaraq havada ələ keçirilib. Raketlərin açıq ərazilərə düşməsi halları qeydə alınıb", - məlumatda qeyd edilib.

Qeyd edək ki, İsrail sentyabrın 23-də “Hizbullah” qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar zamanı təşkilatın Livan ərazisindəki hərbi hədəflərinə daha çox kütləvi hava zərbələri endirilib. Sentyabrın 27-də Beyrutda törədilən partlayış nəticəsində Hizbullah lideri Həsən Nəsrullah öldürülüb.

Oktyabrın 1-nə keçən gecə isə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Livan   İsrail  





Xəbər lenti