“Feniks” Sağlam Həyat Təbliği İB tərəfindən maarifləndirici tədbirlər keçirilib

“Feniks” Sağlam Həyat Təbliği İB tərəfindən maarifləndirici tədbirlər keçirilib
  31 Oktyabr 2024    Oxunub:616
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotik: ağıl, vicdan, həyat oğrusu!” adlı maarifləndirici çarx çəkilmişdir.
Sosial çarxın əsas məqsədi ölkə əhalisini, xüsusilə müstəqil həyata yeni başlayan gəncləri narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və s. barədə maarifləndirməklə, onların vətənpərvər və sağlam ruhda böyümələrinə yardımçı olmaqdır.

Layihənin davamı olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edilmiş, Nazirlik tərəfindən ayrılan Bakı şəhərindəki 252 nömrəli məktəb-liseydə və 271 nömrəli tam orta məktəbdə narkomaniya və onun fəsadları barədə maarifləndirici tədbirlər keçirilmiş, həmçinin çəkilən sosial çarxın təqdimatı olub.

Tədbirlərdə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin direktoru Şahin Hüseynov, həmin İctimai Birliyin şimal bölgəsi üzrə koordinatoru Rəhim Orucov, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev, məktəblərin rəhbərliyi və müəllimlər çıxışlar ediblər.

Tədbirlərdə bu bəlanın yayılmaması üçün narkotik və psixotrop maddələrdən istifadənin mənfi təsirləri barədə hər kəsin, əsasən də valideynlərin və müəllimlərin yeniyetmə və gənclər arasında maarifləndirmə işinin daha ciddi aparılması vurğulanıb.




AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti