DSX generalı hesabat verdi

DSX generalı hesabat verdi
  01 Noyabr 2024    Oxunub:932
"Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin komandanlığı fəaliyyətə başladığı  2017-ci ildən hal-hazıradək axtarışda olan 26 865 nəfər saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil veril­ib ümumilikdə 86 123 əməliyyat tapşırığı yerinə yetirilib".
AzVision.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi general- leytenant Elşən Verdiyev media nümayəndələri üçün təşkil olunan brifinqdə deyib. O bildirib ki, 2296 halda saxta və 178 halda özgəsinə məxsus sənədlərlə  keçməyə və 19 halda  gizli şəkildə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

"Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 58 503 nəfər barəsində müvafiq qərarlar qəbul edilib. Müxtəlif səbəb­lərdən arzuolunmaz şəxs qismində 2106 əcnəbi ölkə ərazisinə buraxılmayıb. .

Eyni zamanda qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 3599 halda aşkar edilərək götürülmüş qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil edib, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1028  halda ümumi çəkisi 7 ton  422 kq 400 qram narkotik vasitə və 86 min 246 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti