DİN: "Borclu şəxs kimi axtarılan 39 nəfər saxlanılıb"

   DİN:    "Borclu şəxs kimi axtarılan 39 nəfər saxlanılıb"
  02 Noyabr 2024    Oxunub:771
Noyabrın 1-də polis əməkdaşları ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılmasını təmin ediblər.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqladığı məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Noyabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 9 tüfəng, 3 patron darağı və 786 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

AzVision.az


Teqlər: DİN   axtarışlar  





Xəbər lenti