İrandan 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb
  04 Noyabr 2024    Oxunub:769
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 16 kiloqram 220 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Belə ki, noyabr ayının 2-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:45-də ümumi çəkisi 5 kiloqram 715 qram narkotik vasitə marixuana, noyabrın 3-də saat 07:45-də isə ümumi çəkisi 10 kiloqram 505 qram narkotik vasitə (7 kq 445 qram tiryək; 3 kq 60 qram heroin) aşkar olunaraq götürülüb. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti