Bakıya 160 ədəd elektrik mühərrikli avtobus gətirilib - FOTOLAR

   Bakıya 160 ədəd elektrik mühərrikli avtobus gətirilib -  FOTOLAR
  09 Noyabr 2024    Oxunub:1321
MT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxtımıza AYNA-nın Monitorinq Mərkəzi vasitəsilə 24 saat ərzində izlənəcək, 160 ədəd elektrik mühərrikli avtobus gətirilib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunan mediaturda qurumun mətbuat katibi Tural Orucov bildirib.

Sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq üçün daşıyıcılarla iş aparıldığı və xəttə tələbata uyğun sayda avtobusun cəlb olunması diqqətə çatdırılıb.

Konfrans günlərində hava limanından metronun “28 May” və “Əhmədli” stansiyaları istiqamətində H1 və H2 nömrəli ictimai ekspress avtobusların sərnişinləri pulsuz daşıyacağı vurğulanıb.


AzVision.az


Teqlər: COP29   avtobus  





Xəbər lenti