MN: Hərbi qulluqçumuz minaya düşüb

   MN: Hərbi qulluqçumuz minaya düşüb
  10 Noyabr 2024    Oxunub:1353
Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçu dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.

AzVision.az


Teqlər:





Xəbər lenti