Papa Fransisk: "COP29 ümumi evimizin qorunmasına töhfə verəcək"

      Papa Fransisk:    "COP29 ümumi evimizin qorunmasına töhfə verəcək"
  10 Noyabr 2024    Oxunub:1174
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ümumi evimizin qorunmasına töhfə verəcəyinə ümid edirəm.
Bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı deyib. Pontifik Bakının ev sahibliyi edəcəyi COP29-un əhəmiyyətini qeyd edib.

“Ümid edirəm ki, sabah Bakıda başlayacaq COP29 - İqlim Dəyişikliyi Konfransı ümumi evimizin qorunmasına səmərəli töhfə verəcək”, - deyə Papa Fransisk vurğulayıb.

Qeyd edək ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin COP29-da iştirak üçün Azərbaycana səfər edəcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti