İlham Əliyev İraq Prezidenti ilə görüşüb - Yenilənib
Azərbaycanın nəticəyönümlü danışıqlara üstünlük verdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz qlobal iqlim dəyişmələri üzrə dövlətlər arasında həmrəylik yaratmağa və körpülər qurmağa çalışır. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunmasının önəminə toxunan dövlətimizin başçısı bu tədbirdə iştirak etmək üçün 70 minə yaxın insanın qeydiyyatdan keçdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın ev sahibi kimi COP-a hazırlıq işlərini qısa zamanda yüksək səviyyədə gördüyünü, necə deyərlər, şəhər içində şəhər tikdiyini dedi, konfrans məkanında istifadə olunan materialların davamlılıq tələblərinə tam uyğun olduğunu bildirdi.
Dövlətimizin başçısı vurğuladı ki, COP-u bəhanə edərək qərbyönümlü mediada Azərbaycana qarşı haqsız hücumlar edilir.
Azərbaycan ilə İraq arasında münasibətlərə toxunan dövlətimizin başçısı ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini qeyd etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
AzVision.az
Teqlər: