Polşa “Ukraynanı müdafiə alyansı” yaratmaq istəyir

Polşa    “Ukraynanı müdafiə alyansı”    yaratmaq istəyir
  11 Noyabr 2024    Oxunub:687
Polşanın baş naziri Donald Tusk respublikaçı Donald Trampın seçilməsi ilə bağlı Avropa İttifaqının (Aİ) ciddi geosiyasi problemlərlə üzləşəcəyini bildirib.
AzVision.az Böyük Britaniyanın “The Times” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, Polşanın baş naziri Donald Tusk ABŞ prezidenti Donald seçildikdən sonra “Qərbin Ukraynaya xəyanətinin” qarşısını almaq üçün yaxın günlərdə Birləşmiş Krallıqla ittifaq yaratmaq, həmçinin Fransa prezidenti Emmanuel Makron və NATO-nun baş katibi Mark Rutte ilə danışıqlar aparmaq niyyətindədir.

Nəşr Böyük Britaniya, Polşa və Fransanın yeni Amerika administrasiyasının Kiyevin arxasında Rusiya ilə sövdələşməsinin qarşısını almaqda əsas Avropa aktorları kimi qiymətləndirildiyini yazır.

Donald Tuskun fikrincə, Avropa Trampın seçilməsi və yaxın aylarda Ukrayna ilə Rusiya arasında münaqişəyə son qoymaq niyyəti nəticəsində ciddi geosiyasi problemlərlə üzləşəcək.

"Biz geosiyasi və transatlantik vəziyyət, habelə Ukraynadakı vəziyyətlə bağlı çox oxşar baxışları olan ölkələrlə əməkdaşlığı çox intensiv şəkildə əlaqələndirəcəyik. Heç kim münaqişənin böyüməsini istəmir. Eyni zamanda, heç kim Ukraynanın zəifləməsini, hətta təslim olmasını istəmir; bu, Polşa və Polşanın maraqları üçün əsas təhlükə olardı”, - qəzet Donald Tuskdan sitat gətirir.

Moskva Ukrayna barədə Trampın təkliflərini dinləməyə hazırdır
Polşanın baş nazirinin Ukraynanı dəstəkləmək üçün ittifaq yaratmaq cəhdi Vladimir Putinə Uktayna ərazilərinin verilməsi və Kiyevi neytrallığa məcbur etməklə sülh sazişinin imzalanması ilə bağlı yayılan xəbərlərin Aİ-də ciddi narahatlıq doğorduğnu sübuta yetirir. Çünki belə ssenari Rusiyanın qarşısında təslimçilik bayrağını qaldırmaq demək olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tusk   Ukrayna   alyans  





Xəbər lenti