Əli Əsədov Konqo prezidenti ilə söhbət edib

Əli Əsədov Konqo prezidenti ilə söhbət edib
  12 Noyabr 2024    Oxunub:430
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə söhbət edib.
Nazirlər Kabinetindən AzVision.az -a bildirilib ki, söhbət zamanı Konqo prezidentinin cari ilin aprel ayında ölkəmizə baş tutmuş rəsmi səfəri çərçivəsində keçirilən ikitərəfli görüş məmnunluqla xatırlanıb.

Azərbaycan ilə Konqo arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti