"COP29-da iştirak etməmək Ermənistan üçün itirilmiş fürsətdir"

"COP29-da iştirak etməmək Ermənistan üçün itirilmiş fürsətdir"
  12 Noyabr 2024    Oxunub:631
Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, o cümlədən Ermənistana da dəvət göndərib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onlar COP29-a gəlməyiblər:

"Bunun da onlar üçün itirilmiş fürsət olduğunu hesab edirik".

C.Bayramov Ermənistanın COP-un Azərbaycanda keçirilməsi ilə bağlı öz vetosunu geri götürdüyünü də xatırladıb.

AzVision.az



Teqlər:





Xəbər lenti