COP29 Mavi Zonada çay təminatçısı “Azerçay”dır

COP29 Mavi Zonada çay təminatçısı “Azerçay”dır
  11 Noyabr 2024    Oxunub:369
Hazırda ölkəmizdə dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29 keçirilir. Bütün özəl və dövlət qurumları Bakı Olimpiya Stadionunda qonaqlarını qəbul edir.
Layihə çərçivəsində Mavi Zonada yerləşən Azərbaycan pavilyonun qonaqlarının çay təminatını doğma çay markası “Azerçay” həyata keçirir.

Doğma çay markamız ölkəmizdə qonaq olan şəxslərə hədiyyələr təqdim edərək ölkəmizin çay mədəniyyəti haqqında məlumat verir. Həmçinin Yaşıl Zonada olan qonaqlar da “Azərsun” pavilyonuna yaxınlaşaraq “Azerçay”a qonaq ola bilərlər.

Azərbaycanın çay mədəniyyətinin qorunmasında və ölkəmizdə çayçılığın inkişafında müstəsna rolu olan “Azerçay” daim yerli və beynəlxalq layihələrə dəstək olur.

Qeyd edək ki, “Azerçay” ötən il Dubayda keçirilmiş COP28-də Azərbaycan pavilyonunu ziyarət edən qonaqları da çayla təmin edib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti