BMT-nin Baş katibi Bakıdan dövlətlərə çağırış etdi

   BMT-nin Baş katibi Bakıdan dövlətlərə çağırış etdi
  12 Noyabr 2024    Oxunub:640
COP29 iqlim maliyyəsi yolundakı divarları dağıtmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər. Razılaşma zəruridir.
Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş COP29-un açılış mərasimindəki çıxışı zamanı söyləyib. “Bizə müvafiq ana uyğun yeni maliyyə hədəfi lazımdır. İqlim maliyyələşdirməsi lazımdır, əks halda, bəşəriyyət bunun əvəzini ödəyəcək", - deyə Baş katib əlavə edib.

Onun sözlərinə görə, təmiz enerji inqilabı artıq buradadır və heç kim bunu dayandıra bilməz. "Lakin siz qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq üçün bunun ədalətli və kifayət qədər sürətli olmasını təmin edə bilərsiniz və etməlisiniz".

O hamını üç prioritetə diqqət yetirməyə çağırıb. Birincisi, qlobal temperatur artımını məhdudlaşdırmaq üçün emissiyalar təcili surətdə azaldılmalıdır ki, bunun üçün də emissiyaların hər il 9 faiz azaldılması vacibdir. 2030-cu ilə qədər emissiyalar 2019-cu ildəki səviyyə ilə müqayisədə 43 faiz azalmalıdır. Bu o deməkdir ki, onlar bütün emissiyaları və iqtisadiyyatı əhatə etməli, bərpa olunan enerji mənbələrinin gücünün üçqat, enerji səmərəliliyinin ikiqat artırılması və meşələrin qırılmasının dayandırılması üzrə qlobal hədəfləri təşviq etməlidir.

A.Quterreş qeyd edib ki, öhdəliklərin real pula çevrilməsi zərurətini nəzərə alaraq, üçüncü prioritet maliyyələşdirmədir: "COP29 iqlim maliyyəsi yolundakı divarları dağıtmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər. Razılaşma zəruridir. Bizə müvafiq ana uyğun yeni maliyyə hədəfi lazımdır. İqlim maliyyələşdirməsi lazımdır, əks halda bəşəriyyət bunun əvəzini ödəyəcək. İqlim maliyyəsi xeyriyyəçilik deyil, bu bir investisiyadır, iqlim fəaliyyətləri seçim deyil, imperativdir".

AzVision.az



Teqlər:





Xəbər lenti