Aİ-nin komissarı: Qlobal səviyyədə emissiyaların həcmi 1,3 faiz artıb

      Aİ-nin komissarı:    Qlobal səviyyədə emissiyaların həcmi 1,3 faiz artıb
  12 Noyabr 2024    Oxunub:545
Avropa ölkələrində emissiyaların azaldılması əsasən, bərpaolunan enerjinin sürətlə artırılması sayəsində mümkün olub.
Bu sözləri Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra COP29 çərçivəsində “Nazirlər dialoqu: Bərpa olunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi” mövzusunda keçirilən tədbirdə deyib.

O vurğulayıb ki, ötən il Avropa İttifaqı ölkələrində emissiyaların həcmi 8 faiz azaldılsa da, qlobal səviyyədə 1,3 faiz artıb.

“Bu gün Avropanın elektrik enerjisinin yarıdan çoxu külək və günəş enerjisindən əldə edilir. Bu da bütün qalıq yanacaqlarını üstələyir. Bərpaolunan enerji yerli mənbələrdən əldə olunduğu üçün iş yerlərinin yaradılmasına xidmət edir, ekologiyanı qoruyur. Qeyd olunan hədəflərə nail olmaq onilliyin sonuna qədər qlobal istixana qazı emissiyalarını 10 milyard ton azaldacaq ki, bu da Avropa İttifaqı ölkələrinin üçillik ümumi emissiyalarından çoxdur. Bu, olduqca iddialı bir məqsəddir, ancaq düşünürəm ki, həyata keçirmək mümkündür”.

AzVision.az



Teqlər: Avropaİttifaqı   COP29  





Xəbər lenti