COP29 I COP29-un Yaşıl Zonasında panel sessiyası baş tutdu
Panel sessiyasında səsləndirilən fikir və çıxışlar əsasən özəl sektorların dayanıqlılıq prinsiplərini öz biznes strategiyalarının aparıcı istiqaməti kimi rəhbər tutduqları nəzərə alınaraq, ortaq dayanıqlılıq təcrübələrinin mübadiləsi və birləşdirilməsi, iqlim dəyişmələrinə qarşı mübarizədə gücləndirilməsinə istiqamətlənib.
Tədbirdə aşağı karbona keçid, dayanıqlı təchizat zəncirləri və “yaşıl” texnologiya innovasiyaları kimi mövzuların müzakirəsi də yer alıb. Bu tədbir uğurlu strategiya və tərəfdaşlıq məsələlərini işıqlandıraraq, şirkətləri öz biznes fəaliyyətlərində dayanıqlılıq prinsiplərini tətbiq etməyə və dayanıqlı gələcəyə gedən yolda özəl sektorların gücünü nümayiş etdirməyə təşviq edib.
Qeyd edək ki, konfransın ikinci günündə geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan Yaşıl Zonanın zəngin proqramı gənc qadınların həssas icmalarda iqlim ədalətsizliyi ilə mübarizədə oynadıqları rol, biomüxtəliflik və iqlim fəaliyyətində yerli gənclərin liderliyi, yerli icmaların biomüxtəlifliyin qorunmasındakı rolları, iqlim fəaliyyətində baxış bucaqlarının rəngarəngliyinin əhəmiyyəti, iqlim və təbiət sinerjisinin qurulması kimi mövzularda müxtəlif tərəflərin təşkil etdiyi tədbirlərdə yerli və xarici ekspert qonaqlar iştirak edib.
AzVision.az
Teqlər: COP29