Özər: “Tramp sanksiyaların qismən ləğvinə çalışacaq”

      Özər:    “Tramp sanksiyaların qismən ləğvinə çalışacaq”
  13 Noyabr 2024    Oxunub:610
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Konqresdən və Avropadan Rusiyaya qarşı sanksiyaların qismən ləğvini istəyəcək.
AzVision.az xəbər verir ki, türkiyəli analitik Əngin Özər bunun Trampın Ukraynada müharibənin tənzimlənməsi üzrə planının bir bəndi olduğunu bildirib.

“Sanksiyaların ləğvi Rusiya ilə danışıqlarda əsas vasitələrdən biridir. Trampın sülh planı atəşkəs və münaqişənin dondurulmasına əsaslanacağından Rusiya əleyhinə sanksiyaları tamamilə ləğv etmək çətin görünür. Rusiya xalqının həyatına birbaşa təsir edən bəzi məsələlərlə bağlı sanksiyaların qismən götürülməsi prosesi gözlənilir. Ən mühüm mövzu Rusiya təyyarələri üçün Avropa hava məkanının açılması və Rusiyaya birbaşa uçuşların bərpa olunmasıdır. Bundan əlavə, bəzi məhdudiyyətlər saxlanmaqla, SWIFT bank sistemi ilə bağlı anti-Rusiya sanksiyaları ləğv edilə bilər”, - türkiyəli analitik proqnizlaşdırıb.

Onun fikrincə, yalnız atəşkəs razılaşması əsasında təbii qaz və neftin ixracı ilə bağlı sanksiyaların aradan götürülməsi ehtimalı azdır. Tramp Konqresə sanksiyaların qismən götürülməsini təklif edəcək və Ukrayna üzrə öz planının nəticə verməsi üçün Avropa ölkələrinə təzyiq göstərəcək.

Moskva Ukrayna barədə Trampın təkliflərini dinləməyə hazırdır
Xatırladaq ki, bir nüçə gün əvvəl mənbələrə istinad edən “Wall Street Journal (WSJ)” nəşri bununla bağlı Trampın müşavirlərinin artıq konkret təkliflər hazırladığını da yazmışdı.
Bundan əvvəl Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olacağına söz verən Tramp bunu bir günə edə biləcəyini dəfələrlə söyləyib. Lakin Moskvabelə mürəkkəb problemin belə sadə yolla həlli barədə bəyanatlara skeptik yanaşma sərgiləyir.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Tramp   Rusiya   sanksiyalar  





Xəbər lenti