“Azəriqaz” "ASAN xidmət"də 271941 vətəndaşa xidmət göstərib
Məlumat üçün bildirək ki, ümumilikdə SOCAR-ın “Azəriqaz” İB Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində Bakı şəhərində fəaliyyət göstərən 3 "ASAN Kommunal" mərkəzlərində, Sumqayıt şəhəri və regionlarda isə 17 "ASAN xidmət" mərkəzlərində (Sumqayıt, Şamaxı, Kürdəmir, Gəncə, Masallı, Lənkəran, İmişli, Sabirabad, Salyan, Tovuz, Mingəçevir, Ağcabədi, Bərdə, Quba, Şəki, Balakən və Qəbələ şəhərlərində) vətəndaşlara xidmət göstərir.
Əsas məqsəd istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsi, yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlara ən keyfiyyətli xidmətlər təklif etməkdən ibarətdir.
AzVision.az
Teqlər: