NYT: "Tehran Livanda atəşkəsə razıdır"

      NYT:    "Tehran Livanda atəşkəsə razıdır"
  18 Noyabr 2024    Oxunub:296
ABŞ Prezidentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi, xüsusi müşavir Emos Hokşteynin İsrail və "Hizbullah" arasında atəşkəs danışıqları ilə əlaqədar yenidən Livana səfəri gözlənilir.
Bu barədə "Reuters" agentliyinə Livanın adı açıqlanmayan hökumət nümayəndəsi bildirib. Eyni zamanda, Livan parlamentinin üzvü Qasım Haşimin "Voice of Lebanon" radiosuna verdiyi məlumata görə, ABŞ diplomatı Vaşinqtonun atəşkəs planının hökumətlə yekun surətdə müzakirəsi məqsədilə gəlməkdədir.

"("Hizbullah" terror təşkilatının timsalında - red.) rəsmi Beyrut atəşkəs təklifi ilə razılaşmağa hazırdır", - deputat vurğulayıb.

Digər tərəfdən, "Hizbullah"ın himayədarı İranın da İsraillə müharibəni baş çatdırmaq istədiyi bildirilir. "The New York Times" qəzeti ötən həftə sonu diqqətə çatdırıb ki, Tehran bu barədə təşkilata artıq lazımi mesajı verib.
WSJ: "Tramp Livanda atəşkəsə razılıq verib"

Xatırladaq ki, Yaxın Şərqdə müharibələri bitirmək vədi ilə yenidən ABŞ Prezidenti seçilmiş Donald Tramp, öz vədinə əsasən, İsrailin strateji işlər naziri Ron Dermer ilə görüşü zamanı "İsrail və "Hizbullah" terror təşkilatı arasında atəşkəsə razılıq verib (oxu: "yaşıl işıq yandırıb"). Məlumata görə, o, Dermerin diqqətinə çatdırıb ki, "bu prosesin 2025-ci il yanvarın 20-də rəsmi vəzifəyə başlamazdan əvvəl həyata keçiriləcəyinə ümidvardır".

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Hizbullah   İran   danışıqlar  





Xəbər lenti