Ermənistan DİN-ə qərbyönümlü Arpine rəhbərlik edəcək

   Ermənistan DİN-ə  qərbyönümlü Arpine  rəhbərlik edəcək
  20 Noyabr 2024    Oxunub:852
Ermənistan Daxili İşlər Nazirliyinə hazırda nazir müavini postunu tutan Arpine Sarkisyan rəhbərlik edəcək.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə məlumat yayıb.

Qeyd edək ki, Arpine Sarkisyan 2023-cü ilin yanvarında daxili işlər nazirinin müavini təyin edilib. Buna qədər isə o, bir il ədliyyə nazirinin müavini olub.

Paşinyan nazirləri “WhatsApp” vasitəsilə işdən çıxarıb - "Hraparak"
Sarkisyan Qərblə sıx əlaqələri, qərbyönlü siyasəti ilə tanınır. O, həmçinin ABŞ-nin Ermənistandakı səfirliyi ilə sıx əlaqələr qurur. Arpine Sarkisyanın müavin təyin olunmasından sonra onun Vahe Qazaryanı əvəzləyəcəyi barədə yazılırdı. Mətbuatda yer alan məlumatlara görə, Qərb tərəfdaşları məhz ona arxalanır, Ermənistanın hüquq-mühafizə sistemini fəal şəkildə maliyyələşdirir və müəyyən islahat məsləhətləri verirdilər.

Xatırladaq ki, bir neçə gün öncə daxili işlər naziri Vahe Qazaryanın digər rəsmilərlə birlikdə baş nazir Nikol Paşinyanın xahişi ilə istefa verməsi xəbəri yayılıb. Dünən isə Ermənistan prezidenti Vaaqn Xaçaturyan bir neçə sərəncam imzalayıb. Sərəncamlara əsasən, Ermənistanın daxili işlər naziri Vahe Kazaryan ilə Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan öz vəzifələrini rəsmən tərk ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   DİN  





Xəbər lenti