İsrail Fransa səfirinin Beyrutdakı iqamətgahının yaxınlığına hava zərbəsi endirib

İsrail Fransa səfirinin Beyrutdakı iqamətgahının yaxınlığına hava zərbəsi endirib
  25 Noyabr 2024    Oxunub:458
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın paytaxtı Beyrutun cənub-şərq hissəsindəki Dəvvər Tayuni meydanına raket zərbəsi endirib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, hava hücumu nəticəsində Fransa səfirinin Beyrutdakı iqamətgahının yerləşdiyi “Snobar” sarayından təxminən 500 metr aralıda yerləşən çoxmərtəbəli bina tamamilə dağılıb.

Digər hücum Şueifat ətrafında yaşayış binasına edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti